Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi – Əmək haqqı tələb edirbackend

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi – Əmək haqqı tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Medistyle” (MediStyle Hospital) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində məhkəməyə şikayət edilib. Qaynarinfo-nun məlumatına görə, tanınmış anestezioloq-reanimatoloq Hacı-Həsənli Zəfər İsmayıl oğlu “MediStyle Hospital”dan əmək haqqını ala bilmədiyi üçün Nərimanov Rayon Məhkəməsində “Əmək haqqı tələbi” üzrə iddia qaldırıb.

İşə hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Zəfər Hacı-Həsənli 2010-2014 illər Mərkəzi Gömrük Hospitalında, 2014-ci ildən isə “MediStyle Hospital”da anestezioloq-reanimatoloq işləyib.

Xatırladaq ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə məxsus olduğu deyilən “MediStyle Hospital”a uzun müddət onun bacısı oğlu İmran Ağayev rəhbərlik edib. O, həmçinin klinikanın təsisçisidir. Hazırda “MediStyle” MMC-nin qanuni təmsilçisi klinikada  uroloq-androloq vəzifəsində işləyən Ramil Əhmədov Famil oğludur.