Tanınmış Bollivud aktyoru vəfat edib

Tanınmış Bollivud aktyoru vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın tanınmış aktyoru, əslən əfqanıstanlı Qədir Xan 81 yaşında vəfat edib.

“Report” TASS-a istinadən xəbər verir ki, sənətkar son illərini yaşadığı Kanadanın Toronto şəhərindəki xəstəxanada dünyasını dəyişib.

O, 1970-1990-cı illərdə Bollivudun məşhur simalarından olub. 300-dən artıq filmdə çəkilən aktyor daha çox mənfi surətlər yaradıb, bununla belə, bir çox komediya filmlərində də rol alıb.