Tanınmış bloger qəzaya düşdü: Vəziyyəti ağırdır

Tanınmış bloger qəzaya düşdü: Vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov qəzaya düşüb.

Tribunainfo.az-ın məlumatında görə, hadisə Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

N.Mütəllimov idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.