Ölkənin ən tanınmış bankı “Azərpoçt” MMC-ni məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, “Azərpoçt”la bağlı məhkəmədə iddianı “Kapitak Bank” qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Digər səbəblər isə açıqlanmır.
“Azərpoçt”un işinə 3 iyul tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar