Nərimanov rayonunun Nərimanov bələdiyyəsi məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı Muradlı Arzuman Ağamməd oğludur.
İşin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.
İşə Bakı İnzibati Məhkəməsində hakim Səlma Salahovanın sədrliyi ilə baxılacaq.
İddiaçı Muradlı Arzuman iqtisad elmləri üzrə fəlsəfə doktorudur.
O bundan əlavə “Milli İnkişaf” İctimai Birliyinin sədridir. Politoloq kimi dətez-tez mediaya açıqlama verir.