“Hərdən evə yorğun gələndə deyirəm ki, axı mən indi çəkilişdən gəlməli idim. Amma bir az hörmətim qalıb, onu da çəkilişlərdə itirmək istəmirəm”.
Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində taksi sürücüsü kimi də çalışan aktyor İlyas Əhmədov deyib.
Kirayədə yaşayan aktyor taksi fəaliyyətinə necə başlamasından danışıb: “Teatrdan 3-4 il uzaqlaşmalı oldum. Kreditlərim var idi. Borclarım yığılıb qalmışdı. İşləyib onları ödəməyə çalışıram”.
O, Azərbaycan seriallarında çəkilməməsinin səbəbinə də aydınlıq gətirib: “Teatrda işim çoxdur. Həm də taksi ilə başım dincdir. Seriallarda çəkilmək üçün verilən pul azdır. Həm də gərək yaltaqlıq edəsən”.