Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu haqda teatrdan məlumat verilib. O, doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.
Qeyd edək ki, Ziyadxan Azad oğlu Cəbrayılov 1947-ci il iyunun 1-də Şamaxı rayonunda anadan olub. O, 1970-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında (Azərbaycan Dövlət Musiqili Komediya Teatrında) aktyor kimi çalışırdı. Teatrda işlədiyi müddətdə Əbülhəsən (“Subaylarınızdan görəsiniz”), Kar Möhsüm (“Beş manatlıq gəlin”), Həkim (“Hicran”), Aşpaz (“Məlikməmmədin nağılı”), Qəzetçi Səftər (“Özümüz bilərik”), Fərrux kişi (“Nəğməli Könül”) və başqa obrazları canlandırıb.