Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildiriib ki, dekabrın 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı, Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov müəyyən edilərək saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Report”un xəbərinə görə, İstanbul-Bakı aviareysi ilə narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupunun üzvü tanınmış aktyordur.
1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov bir çox serial, qısametrajlı filmlərdə və reklam çarxlarında çəkilib.