“TANDİRLOİN” RESTORANINDAN MÜŞTƏRİLƏRİ AZ YEMƏK SİFARİŞİNƏ GÖRƏ QOVDULAR… – ŞİKAYƏT

“TANDİRLOİN” RESTORANINDAN MÜŞTƏRİLƏRİ AZ YEMƏK SİFARİŞİNƏ GÖRƏ QOVDULAR… – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərdəkandakı “Tandirloin” restoranından adambaşına 30 manatlıq yemək yeməyən müştəriləri qovublar.

Tribunainfo.az yazır ki, bu problemlə vətəndaş Günel Kazımlı qarşılaşıb. O restoranda əvvəlcədən masa sifariş etsə də, sonradan onları restorandan qovublar:

“Şikayətimiz Mərdəkanda yerləşən “Tandirloin” restoranındandır. Telefonla zəng edib 6 nəfərlik masa sifariş etdik. 10 dəqiqə sonra restoranda idik və ofisianta 3 salat və içki sifarişimizi verdik. Bir neçə dəqiqədən sonra başqa bir ofisiant yaxınlaşıb masadan qalxmağımızı tələb etdi. Bizə biıldirdi ki, adambaşına 30 manatdan az sifariş qəbul olunmur. Yəni 6 nəfər gəlmişiksə 180 manat verməsək əyləşə bilmərik. xərcləməliyik.

Bu, bir xidmət sektoru üçün çox ədəbsiz hərəkət və müştəri məmnuniyyətini diqqətə almamaq deməkdir. Məkanın adminstratoruna şikayətimizi bildirdikdə qeyd etdi ki, hara istəyirsiniz şikayət edir. Hələ əlavə etdi ki, şikayətinizi gözləyirik. Bu ədəbsizliyin və hörmətsizliyin göstəricisidir”.

Qarşı tərəfindən mövqeyini işıqlandırmağa hazırıq.