“TAMAŞAÇI SƏHNƏDƏ ALT PALTARI İLƏ ÇIXIŞ EDƏN ADAM GÖRMƏK İSTƏMİR” – MÜĞƏNNİ

“TAMAŞAÇI SƏHNƏDƏ ALT PALTARI İLƏ ÇIXIŞ EDƏN ADAM GÖRMƏK İSTƏMİR” – MÜĞƏNNİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli gənc müğənni Aleyna Tilkinin “məni öldürmək, məhv etmək istəyirlər, konsert verməyə imkan vermirlər” sözlərindən sonra ona cavab verən müğənnilər artır.

Tribunainfo.az xəbər verir ki, daim açıqlamaları ilə gündəm olan müğənni Demet Akalın Aleyna Tilkinin bu sözlərini cavabsız qoymayıb. O bildirib ki, bu sektorda heç kəs Aleyna Tilkini sıxışdırmır:

“Heç kəsin o uşaqla işi yoxdur. Sadəcə heç kəs artıq səhnədə alt paltarı ilə çıxış edən adam görmək istəmir. Türkiyə izləyicisi artıq səhnədə belə geyimli adamlar görmək istəmir. Bundan əvvəl də o konsert vermişdi və cəmi 60 bileti satılmışdı. Bunu eşidəndə çox pis olmuşdum. Ancaq tələb budur. Aleynanı qaldırıb məşhur etməklə deyil. Ona heç kəs mane olmur. Demək ki, tələb edilmir”.