“Tam Store” yenə cərimələnirbackend

“Tam Store” yenə cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tam Store” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 482.1-ci (Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Balakən Rayon Məhkəməsinin hakimi Hümbət Səlimovun icraatındadır.

Qeyd: “Tam Store” MMC mağazalar şəbəkəsi kimi fəaliyyət göstərir, Ceyhun Yusubovun baş direktor olduğu “Avrora Qrup”a daxildir. Qrupun prezidenti tanınmış iş adamı Ceyhun Abbasovdur.