Talış kəndində uzun illərdən sonra Yel Çərşənbəsi böyük coşqu ilə qeyd edilibbackend

Talış kəndində uzun illərdən sonra Yel Çərşənbəsi böyük coşqu ilə qeyd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Doğma sakinləri ilə birlikdə Ağdərə rayonunun Talış kəndində el adət-ənənələrimiz yenidən çiçəklənir. Tribunainfo.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, uzun illərdən sonra bu il sakinlər Yel Çərşənbəsini əzəli torpağlarında böyük coşqu ilə qeyd ediblər.

Xatırladaq ki, 2023-cü ilin mart ayında “Böyük Qayıdış” Proqramı çərçivəsində Talış kəndinə 20 ailə (91 nəfər) köçürülüb və hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Köçürülmə planının ikinci mərhələsində 158 ailə Talış kəndinə qayıdacaq.

Bu günə qədər kənddə 20 ev, 10 qeyri-yaşayış obyekti bərpa edilərək yenidən qurulub. İnzibati bina və uşaq bağçası əsaslı təmir olunub, 78 şagird yerlik məktəb binası da bərpa edilib.