Əfqanıstanın Qəznə vilayətinin Ab Band qəsəbəsində xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən əməliyyat zamanı Taliban terror təşkilatının əsas komandanlarından biri öldürülüb.
Əfqanıstanın Qəznə vilayətinin Ab Band qəsəbəsində xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən əməliyyat zamanı Taliban terror təşkilatının əsas komandanlarından biri öldürülüb.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəznə Polis İdarəsinin rəisi, general Aminullah Amarkhil açıqlama verib.
Əfqanıstanlı general bildirib ki, Ab Band qəsəbəsində Talibana qarşı xüsusi əməliyyat keçirilib.
Onun sözlərinə görə, əməliyyat zamanı Talibanın əsas komandanlarından biri olan Molla Firuz Cihadi öldürülüb: “Bu əməliyyat zamanı daha 14 nəfər terrorçu da məhv edilib. Xeyli sayda silah-sursat ələ keçirilib”.
Baş verən hadisə ilə əlaqədar Taliban təşkilatı hələ ki, heç bir açıqlama yaymayıb.