Taliban İranın 400 yük maşınını girov götürüb

Taliban İranın 400 yük maşınını girov götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrana məxsus yük maşınları Əfqanıstan hökuməti tərəfindən girov götürülüb. Tribunainfo.az xəbər verir ki, bu barədə İranın Ticarət Palatası açıqlama yayıb.

Həmin məlumatda deyilir ki, girov götürülmüş avtomobillərin sayı 400-dən bir qədər çoxdur. Talibanın bu addımı hansı səbəbdən atması isə İran yük maşınları ilə qanuni yoldan əlavə, gizli şəkildə neft daşınırmış. Bundan başqa, İrandan Əfqanıstana göndərilən yanacağın aşağı keyfiyyətli olması da üzə çıxıb. Taliban tərəfi İrandan aşağı keyfiyyətli benzin satması səbəbindən təzminat tələb edir. Əks təqdirdə, 400 yük maşınını həmin təzminatın müqabilində müsadirə edəcəyini bəyan edib.