TALEH QARAŞOVUN QARDAŞINI ÖZ OĞLU QƏTLƏ YETİRİBMİŞ – RƏSMİ

TALEH QARAŞOVUN QARDAŞINI ÖZ OĞLU QƏTLƏ YETİRİBMİŞ – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı onun oğlu Azay Qaraşov şübhəli şəxs qismində saxlanılıb.

Belə ki, polisin həyata keçirdiyi əməliyyat tədbirləri ilə Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinir.

Bildirilib ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, ilkin olaraq hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilirdi.