Taksilərlə bağlı yeni qaydalar: Bundan sonra… (VİDEO)

Taksilərlə bağlı yeni qaydalar: Bundan sonra… (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri, sürücülər, eyni zamanda onların iş qrafiki, nəqliyyat vasitələri haqqında və digər məlumatları birbaşa Yerüstü Nəqliyyat Agentliyinə ötürəcəklər.
Bu barədə müvafiq qanunvericiliyə edilən dəyişikliklərdə nəzərdə tutulub. Həmçinin taksi sifarişi zamanı vaxt və tarix, nağd və ya nağdsız olmaqla gedişhaqlarının ödənişi üsulu, daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat və bir neçə əsas məlumatlarda Agentliyinə yönləndiriləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Xəzər Xəbər”ə deyib ki, hazırda taksi fəlayyətində ciddi nöqsanlar müşahidə edilməkdədir. Buna isə əsas səbəb birbaşa nəzarət mexanizminin olmamasıdır. Yeni qaydaların tətbiqi bu sahədə tənzimləmələrə səbəb olacaq.
Onun sözlərinə görə yeni qaydaların tətbiqi sürücülərlə yanaşı sərnişinlərin bu xidmətdən istifadə zamanı üzləşdikləri problemləri aradan qaldıracaq. Bundan əlavə daşıyıcı şirkətlərin vergidən yayınma hallarının da qarşısını alacaq.
Yerüstü Nəqliyyat Agentliyindən də bildirilib ki, taksi sifarişi operatorları tərəfindən hər bir sifariş üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiqlənib. Məlumatların toplanması taksi daşımaları haqda məlumat bazasının formalaşmasına, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə aparılan təhlillərdə bu materiallardan istfadə edilməsinə əsaslandırılmış qərarların qəbul edilməsinə şərait yaradacaq.