Taksi xidməti bahalaşacaq – İqtisadçıdan ANONS

Taksi xidməti bahalaşacaq – İqtisadçıdan ANONS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taksi qiymətləri iyunun 1-dən sonra daha da artacaq, ən ucuz gediş haqqının 4,5 manat olması gözlənilir. Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi, çünki keyfiyyət artmayıb, arta da bilməzdi, eyni avtomobillər, amma daha az sayda taksi xidməti göstərirlər. İqtisadiyyatın “qızıl qanunu” işə düşür – təklif azalır, tələb yerində qalır, nəticədə qiymətlər yüksəlir.

Tribunainfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib. İqtisadşı qeyd edib ki, bu addımın məntiqi izahı yoxdur, çünki nə hökumət, nə də məmurlar bundan əlavə pul qazanır. Çünki bu sahə ən az inhisarlaşan sahədir:

“Hamını maraqlandıran suallara cavab verən yoxdur. Əziyyəti isə taksi sürücüləri, sadə vətəndaş çəkir. Adam az qala sidik kisəsində daş olmadığı haqqında belə arayış təqdim etsin ki, taksi sürə bilsin, belə aşırı tənzimləmə (over-regulation), Avropada iqtisadiyyatı çökdürmək üzrədir, indi eyni yanaşmanı Azərbaycana da tədbiq edirlər, yəni heç dəsr çıxarmırlar”.

Nigar