Taksi sürücüsü taxta ilə xanım sürücüyə hücum etdi – VİDEObackend

Taksi sürücüsü taxta ilə xanım sürücüyə hücum etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda taksi sürücüsünün qorxulu hərəkətləri anbaan kameraya düşüb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə mayın 23-də, Bakı-Sumqayıt yolunda (avtovağzalın qarşısında) baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi 99-UP-654 qeydiyyat nişanlı “Opel” markalı avtomobili ilə xanım sürücünün sükan arxasında olduğu avtomobilin qarşısını kəsib.

Daha sonra o, avtomobildən düşərək əlindəki taxta parçası ilə qarşısını kəsdiyi xanım sürücüyə hücum edib.