“Taksi sürücüləri iki min verib maşınları qırmızıya boyasın?” – İctimai Birlikdən etiraz…

“Taksi sürücüləri iki min verib maşınları qırmızıya boyasın?” – İctimai Birlikdən etiraz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taksilərlə bağlı qaydalar ciddi böhran yaradacaq. Bu addımlar sosial vəziyyətə mənfi təsir edəcək, işsizliyi artıracaq, əlavə gərginliyə səbəb olacaq”. Bu rəyi Tribunainfo.az-a “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi, prezidentliyə keçmiş namizəd Fuad Əliyev açıqlayıb.

Onun sözlərinə görə, həmkarlar birliyi olaraq taksi sürücülərinin problemlərini daim diqqətdə saxlayacaqlar. F.Əliyev Həmkarlar İttifaqı Konfederasiyasına da çağırış edib və sədr Səttar Mehbalıyevi məsələni gündəmdə saxlamağa dəvət edib. Hüquq müdafiəçisi taksilərin yalnız ağ və qırmızı rəngdə olması tələbinin isə ikiqat çətinlik yaradacağını söyləyib: “Deyək ki, ağ rəngdə avtomobillərin sayı çoxdur, bəs, qırmızı rəngdə maşın nə qədər var? O halda minlərlə maşın taksi bazarını tərk etməli olacaq və qırmızı rəngdə sayca o qədər maşın tapmaq mümkün deyil ki, onun yerini doldura bilsin. Belə çıxır ki, sürücülər 1500-2000 verib avtomobilini qırmızı rəngə boyatmalıdır?”
F.Əliyev deyib ki, şəhərdə böyük payı olan “1 manatlıq” taksi sistemi də ciddi itkiyə məruz qalacaq və bunu kompensasiya edəcək heç bir təklif irəli sürülmür.

Roman