Bakıda COP29-da iştirak etmək üçün Afrikadan gələn əcnəbi qonağı taksi sürücüsü aldadıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Bildirilib ki, Bakı Beynəlxalq Hava Limanından paytaxtın mərkəzinə gediş Afrika təmsilçisinə 139 manata başa gəlib.
Azərbaycanın Daxili İşlər Nazirliyi Burundidən olan qonağın şikayətinə operativ reaksiya verərək, iki saat ərzində taksi sürücüsünü saxlayıb. Pul isə şikayətçiyə geri qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.