TAKSİ QİYMƏTLƏRİ BUNA GÖRƏ ARTIRILIR… – EKSPERT AÇIQLADI

TAKSİ QİYMƏTLƏRİ BUNA GÖRƏ ARTIRILIR… – EKSPERT AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taksi fəaliyyəti ilə bağlı qəbul edilən qərarlar narahatçılığı və bu istiqmətdə müzakirələri daha da artırıb. Qaydalar dəyişdikdən sonra qiymət artımı gözlənilir. Həmçinin taksi xidmətinə təlabatın da azalacağı proqnozlaşdırılır.

Tribunainfo.az yazır ki, ekspert Əkrəm Həsənovun sözlərinə görə, taksi xidmətinin ucuz olması kasıb ölkələrə xas xüsusiyyətdir. Hazırda taksi qiymətlərinin artırılması ilə bağlı atılan addımların səbəbi də “kasıb ölkə” statusundan çıxmaq cəhdidir:

“Bu ilin əvvəlində müxtəlif ölkələrdə taksi qiyməti üzrə statistika dərc edilib: 101 ölkə arasında 1 km üçün orta statistik gediş haqqı müqayisə olunub.

Ən bahalı ölkə İsveçrədir – 4,32 dollar. Ən ucuz ölkə isə Misirdir – 0,16 dollar. Azərbaycanda 0,59 dollardır və 82-ci yeri tutur. Yəni ən ucuz 20 ölkə siyahısına başçılıq edirik (əslində, Uber və Bolt kimi operatorlarda qiymət daha da aşağıdır, deməli, siyahıda yerimiz də daha aşağıdır).

Bir qayda olaraq, ucuz qiymət kasıb ölkələrdədir. Eyni zamanda qiymətin yüksək olduğu kasıb ölkələr də var. Amma həmin ölkələrdə demək olar ki, dövlətin özü yoxdur və ya yarımdövlətlərdir: Venesuela, Fələstin, İraq və s. Azərbaycan isə siyasi cəhətdən sabit, amma kasıb ölkələr arasında yer alıb.

Əlbəttə, hökumətimiz taksi sahəsini nəzarətə götürməklə bu sahədə xidmətin keyfiyyətini artırmaq və Bakıda tıxaclarla mübarizə aparmaq istəyir. İnanıram! Fərasətli məmur biznesinin də marağı da təmərküzləşmədir. Sahəni əllərinə almaq, qiyməti artırmaq istəyirlər.

Taksi qiymətlərinin ucuz olması kimlərinsə heysiyyatına toxunur. Axı bu, o deməkdir ki, Azərbaycan kasıb ölkədir, lap ölkə kimi kasıb olmasa da, vətəndaşlarının çoxu kasıbdır, sosial bərabərsizlik səviyyəsi yüksəkdir.

Nəticəsi isə bu olacaq ki, yüzlərlə sürücü işsiz qalacaq. Çünki taksi xidmətinə tələbat azalacaq. Qiymət isə artacaq”.