Tailand rəhbərliyi paytaxt Banqkok şəhərinin xarici dillərdə latın hərfləri ilə yazıldıqda adının rəsmi olaraq dəyişdirilməsinə qərar verib.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bundan sonra Banqkok adı xarici dildə Krung Thep Maha Nakhon şəklində yazılacaq.
Bu adın tərcüməsi “Mələklər Şəhəri Böyük Paytaxt”dır.
Tailand Kral Elmi Şurası bu barədə bəyanatla çıxış edib. Sözügedən təşkilat toponimlər də daxil olmaqla sözlərin yazılışı və istifadə olunması standartlarına cavabdehdir.
Paytaxtın adının dəyişdirilməsi barədə qərar ölkənin Nazirlər Kabineti tərəfindən təsdiq olunub.
Hazırda yeni reyestr xüsusi hüquq komissiyasına göndərilib və nəzərdən keçirildikdən sonra qərar qüvvəyə minəcək.