Binəqədi Rayon Məhkəməsində “AZERTÜRK-XXI.TTC.SAN” MMC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən, şirkətə cərimə tətbiq edilib.
Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi İlyaz Ayaz oğlu Qocamanovdur. MMC-nin deputatlığa sabiq namizəd Ayaz Qocamanova məxsus olduğu bildirilir. A.Qocamanov 2020-ci ildə keçirilən parlament seçkilərində 90 saylı Ağsu seçki dairəsi üzrə əsas namizədlərdən olan Vəhdət Partiyasının sədri Tahir Kərimlinin rəqibi olub.