“TAĞI ƏHMƏDOVUN YEDİYİ PULLARLA 10 STANSİYA TİKMƏK OLARDI” – EKSPERTbackend

“TAĞI ƏHMƏDOVUN YEDİYİ PULLARLA 10 STANSİYA TİKMƏK OLARDI” – EKSPERT  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda metro stansiyalarının sayı 70-ə çatdırılacaq. Bunu Metropoliten də təsdiqləyib. Əslində isə indiyədək bu qədər stansiya çoxdan tikilib istifadəyə verilməli idi. Azərbaycanda metronu məhv edən Tağı Əhmədov oldu. Bir gecədə 3 milyon dolları MTN generalı Akif Çovdarova verən, “Sahil” stansiyasının üzərində hündürmərtəbəli bina tikilməsinə imkan verən bu adam ən azı 10 stansiyasının pulunu yeyib bəlkə də.

Tribunainfo.az yazır ki, bu sözləri yol-nəqliyyat eksperti Elməddin Muradlı Bakıdakı metrostansiyaların sayının azlığı problemindən danışrkən deyib. O qeyd edib ki, Bakıda indi 50-dən çox stansiya olmalı idi:

“Ən azından 50 ola bilərdi. Hazırda isə cəmi 28 stansiyamız var. Dünyada elə ölkələr var ki, ildə bir-iki metro stansiyası tikir. Azərbaycanda isə bir stansiyaya 10 ilə yaxın vaxt gedir. Məsələn, Ceyhun Səlimov küçəsini Tağı Əhmədov 8 il bağlı saxladı ki, metro tikirəm. Hansı ki, Abid Şərifovu aldadıb 3 ilə stansiya hazır olacaq demişdi”.