Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şad günü yaxınlaşır. O, nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şad günü yaxınlaşır. O, nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək.
Məlumata görə, T.Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq. Belə ki, məclisə çağırılan hamı Tağı müəllimin qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib, şənlənəcəklər.
Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də paytaxt restoranlarının birində baş tutacaq. (Yeniçağ)