Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovun ifadə verəcəyi gözlənilirdi.
T.Əhmədov məhkəməyə gəlməyib. Təqsirləndirilən A.Çovdarovun vəkilləri Kamandar Nəsibov, Sadiq Rəsulov və Şahin Rəfiyev prosesə qatılmayıb. Bu səbəbdən məhkəmədə saat 14-ə qədər fasilə elan olunub.
T.Əhmədovun köməkçisi onun məhkəməyə gəlməməsinin səbəbi kimi gah onun İtaliyada, gah da imtahanda olduğunu deyib.
Fasilədən sonra Tağı Əhmədovun məhkəməyə gələrək ifadə verəcəyi bildirilib.
TIA.AZ