Tacikistanda cəzaçəkmə müəssisəsində baş verən qiyamda həlak olan məhbusların sayı 50 nəfərə çatıb

Tacikistanda cəzaçəkmə müəssisəsində baş verən qiyamda həlak olan məhbusların sayı 50 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistanin Soqd vilayətinin Xocənd şəhərindəki ciddi rejimli həbsxanasında noyabrın 7-dən 8-nə keçən gecə baş verən qiyamda həlak olan məhbusların sayı 50 nəfərə çatıb.

TİA.AZ xəbər verir ki, qiyam zamanı iki zabit və bir xüsusi təyinatlı da həlak olub, on keşikçi yaralanıb.

Xatırladaq ki, hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.