Tacikistan Prezidenti Azərbaycana yola düşdü

Tacikistan Prezidenti Azərbaycana yola düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 4-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə yola düşüb.

 Tribunainfo.az xəbər verir ki, bu barədə Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Səfərdə E.Rəhmonu xarici işlər naziri, xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, iqtisadi inkişaf və ticarət, nəqliyyat nazirləri və digər rəsmi şəxslər müşayiət edir.