SXA-nın 1 milyonluq tenderi ləğv edildi: elektrik avadanlıqları alacaqmış

SXA-nın 1 milyonluq tenderi ləğv edildi: elektrik avadanlıqları alacaqmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Sosial Xidmətlər Agentliyinin keçirdiyi tenderin nəticəsi ləğv olunub.

Tribunainfo.az xəbər verir ki, buna səbəb satınalma haqqında qanunun tələbini pozması olub.
Belə ki, SXA elektrik avadanlıqlarının satınalınması üzrə müsabiqə elan edib. Bunun üçün 1 milyon 23 min 941 manat büdcə də ayırıb. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİİBNDX) tenderin əsassız olduğunu və qiyməti şişirdildiyini əsas tutaraq, nəticəni ləğv edib.

Fərda Uğur