Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi (SXA) yeni tender elan edib.
Tribunainfo.az xəbər verir ki, onun nəticəsi oktyabrın 23-də bəlli olacaq.
Məlumatda deyilir ki, SXA bu tenderlə əlilliyi müəyyən edilmiş şəxslərə və Şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı, 8 ədəd üçotaqlı mənzil alacaq. Bunun üçün isə 2 milyon 866 min 80 manat vəsait ayırıb.
Fərda Uğur