Şvaynştayqer 35 metrdən qolla fərqləndi – VİDEO

Şvaynştayqer 35 metrdən qolla fərqləndi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çikaqo Fayr” klubunun almaniyalı yarımmüdafiəçisi Bastian Şvaynştayqer MLS liqasında “Real Solt-Leyk” komandasının qapısına uzaq məsafədən qolla fərqlənib.

Oxu.Az-ın xəbərinə görə, oyunun icmalı turnirin rəsmi YouTube kanalında yerləşdirilib.

Hesabın “Real Solt-Leyk” komandasının 1:0 xeyrinə olduğu zaman Şvaynştayqer 35 metr məsafədən qapıya dəqiq zərbə endirib.

Bununla belə qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. 75-ci dəqiqədə Damir Kraylax “Real Solt-Leykin” qələbə topunu vurub.