Dünya şöhrətli aktyor, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger ABŞ Prezidenti Donald Trampın rəhbər olduğu “Selebriye Eppentens” verilişindən ayrılacağını açıqlayıb.
Dünya şöhrətli aktyor, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger ABŞ Prezidenti Donald Trampın rəhbər olduğu “Selebriye Eppentens” verilişindən ayrılacağını açıqlayıb.
TİA.AZ xəbər verir ki, NBC kanalında yayımlanan verilişi Trampın əvəzinə aparan Şvartsenegger növbəti mövsümdə verilişdə yer almayacağını bildirib.
O, Trampa görə verilişin reytinqinin düşdüyü üçün belə bir qərar verdiyini deyib:
“Əhalinin yarısı Trampın bu verilişdən pul qazandığını biləndə boykota başladı. Bu şərtlər altında işləyə bilmərəm”.
Qeyd edək ki, Arnold Şvartsenegger daha əvvəl Trampa “Tramp, gəl işlərimizi dəyişək: sən veriliş apar, belə şeyləri yaxşı bacarırsan. Mən də prezident olum, beləcə xalq da gecə rahat yatsın”, – deyib.