Arnold Şvartsenegger keçirdiyi ürək əməliyyatından danışıb. 76 yaşlı aktyor həkimlərin səhv etdiyini və ölümə çox yaxın olduğunu bildirib.
Tribunainfo.az HaberTürk-ə istinadən xəbər verir ki, “Terminator” serialı ilə yadda qalan Arnold Şvartsenegger üçüncü ürək əməliyyatı zamanı bəzi fəsadların yarandığını açıqlayıb.
Şvartsenegger xəstəxanada gözlərini açdığını və əməliyyatının daxili qanaxmaya səbəb olduğunu deyib. Məşhur aktyor “Oyandım və həkimlər mənə dedilər ki, səhv etdik, səni təcili əməliyyata aparmalı olduq”, – deyə bildirib.
Şvartsenegger “ilk 10 addımı atdıqdan sonra özümü axmaq hiss edirdim, amma həkimlər dedilər ki, ciyərlərimi işlətməliyəm, yoxsa sətəlcəm olub ölə bilərəm”. Müsbət nöqteyi-nəzəri qəbul etdiyini deyən Şvartsenegger 3 ay sonra altıncı “Terminator” filmini çəkdiyini söylədi.