Şvartsenegger Almaniyada saxlandı: Qaçaqmalçılıqda ittiham olunurbackend

Şvartsenegger Almaniyada saxlandı: Qaçaqmalçılıqda ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Arnold Şvartsenegger Münhen hava limanında saxlanılıb. Onun gömrük orqanlarına bəyan etmədən, qaçaqmalçılıq yolu ilə bahalı saat keçirmək istədiyi bildirilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Şvartsenegger Kitzbüheldə keçirilən Dünya İqlim Sammiti konfransına İsveçrənin “Audemars Piguet” brendinin dəbdəbəli saatını özü ilə aparıb. Saat xüsusi olaraq aktyor üçün hazırlanıb. O, saatı hərracda təxminən 20 min avroya satmaq niyyətindədir.

Münhen Gömrük İdarəsinin sözçüsü Tomas Meister məsələ ilə bağlı məlumat verərək, “biz Arnold Şvartseneggeri vergidən yayınma şübhəsi ilə araşdırırıq. O, saatı bəyan etməli idi” deyib.