Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması başa çatdırılıb.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib.
Bu gün səhər saatlarından şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib.
Artıq anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır.
Su ərazilərə mərhələli şəkildə çatmaqdadır.