Ermənistanda 30 il davam edən Azərbaycanla danışıqlar məsələsi ətrafında müzakirələr davam edir. Tribunainfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqladığı fikirlərdən sonra bütün siyasi cameə bu mövzudan danışmağa başlayıb.
Dünən Ermənistan XİN-in keçmiş sözçüsü Anna Naqdalyan iddia edib ki, Qarabağ hələ işğalda olan zaman Azərbaycanla aparılan danışıqlarda Şuşa məsələsi vacib element olub. O deyib ki, Ermənistan tərəfi Şuşanı Azərbaycana qaytarmaq fikrində olmayıb. “Sülh prosesinin heç bir mərhələsində Şuşa şəhərindən imtina etməkdən söhbət gedə bilməzdi. Bütün danışıqlarda Şuşa məsələsi mərkəzi mövzu olmuşdu”.