Şuşadakı peşə məktəbində 3 yeni ixtisas — İLK DƏFƏ

Şuşadakı peşə məktəbində 3 yeni ixtisas — İLK DƏFƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-2024-cü tədris ilində peşə təhsili müəssisələrində təhsil alan keçmiş məcburi köçkünlərin sayı 1200 nəfər olub. Hazırda Füzulidəki peşə təhsili müəssisəsinin isə tikintisi davam edir. 

Tribunainfo.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq. Həmin peşələr “Daş memarlıq abidələrinin bərpaçısı”, “Bədii tikmə ustası”, “Musiqi alətlərinin ustası” ixtisaslarıdır.

Ceyhun Kərəmov 400 tələbə tutumlu Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin 12 emalatxana, 86 yerlik yataqxanadan ibarət olduğunu qeyd edib.

Agentlik direktoru 850 yerlik Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin 34 emalatxana, 100 yerlik yataqxanadan ibarət olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, hazırda Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə mərkəzləri ilə bağlı layihələndirmə işləri gedir.