3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində bütün yarımfinalçılar müəyyənləşib.
1/4 final mərhələsinin sonuncu matçında Almaniya yığması Yaponiyanın G FLOU klubuna qalib gəlib – 22:16.
Komanda finala gedən yolda Niderlandla üz-üzə gələcək. Digər yarımfinal cütündə “Neftçi” klubu Macarıstan kollektivini sınağa çəkəcək.
3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ikinci günə start verilib.
1/4 final mərhələsinin ilk qarşılaşmasında Macarıstan millisi Rumıniya yığmasını 21:13 hesabı ilə üstələyib.
Komanda yarımfinalda “Neftçi” klubunun rəqibi olub.
1/4 finalda, həmçinin, Almaniya seçməsi Yaponiyanın G FLOU klubu ilə qarşılaşacaq.
3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində bütün yarımfinalçılar müəyyənləşib.
“Report”un məlumatına görə, 1/4 final mərhələsinin sonuncu matçında Almaniya yığması Yaponiyanın G FLOU klubuna qalib gəlib – 22:16.
Komanda finala gedən yolda Niderlandla üz-üzə gələcək. Digər yarımfinal cütündə “Neftçi” klubu Macarıstan kollektivini sınağa çəkəcək.