Şuşada Yeni ili qarşılamaq neçəyədir?

Şuşada Yeni ili qarşılamaq neçəyədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşada Yeni il şənliyini qeyd etmək bir nəfər üçün 950 manatdan başlayır.

Tribunainfo.az xəbər verir ki, qiymətə 2 gecə 3 gün (31.12.2024-02.01.2025) Şuşa şəhərində yerləşən 5 ulduzlu “Shusha” hotelində gecələmə, səhər və şam yeməyi, Yeni ilin atəşfəşanlıqla qarşılanması, müxtəlif ulduzların iştirakı ilə Yeni il qala gecəsi, azyaşlılar üçün nəzərdə tutulmuş əyləncələr (Şaxta baba, qar qız, klounlar, mini disko, oyunlar) daxildir. Proqrama həmçinin 01.01.2025 tarixində şam yeməyində Türkiyədən gələn ifaçının iştirakı ilə şou proqram da daxildir.
Qala gecəsində Xalq artistlər Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, həmçinin səhnəmizin ulduzları Ayaz Qasımov, Nigar Paşayeva, Turan Səfərli, Kəmalə Əliyeva, Dj Gugu, Türkiyənin sevilən siması Ökkeş Dağdevirən və teleaparıcı Kamran Yaradanquliyev iştirak edəcəklər.
Qiymət 1 nəfər üçün (2 nəfərlik otaqda) nəzərdə tutulub.

Nigar