Şuşada 32 ildən sonra yeni həyata başlayacaq — VİDEObackend

Şuşada 32 ildən sonra yeni həyata başlayacaq — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ömrünün 32 ilini məcburi köçkün kimi Bakıdakı yataqxanalardan birində ağır şəraitdə yaşamış Birinci Qarabağ müharibəsinin veteranı Əsədov Əbülfət ailəsi ilə birlikdə doğma Şuşaya köçür. Ağrı-acılar bitir, yeni həyat başlayır. O çətin zamanda hətta toy etmədən evlənən veteran üçün Şuşaya qayıdış əsl toy-bayramdır..

Tribunainfo.az xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.