Ömrünün 32 ilini məcburi köçkün kimi Bakıdakı yataqxanalardan birində ağır şəraitdə yaşamış Birinci Qarabağ müharibəsinin veteranı Əsədov Əbülfət ailəsi ilə birlikdə doğma Şuşaya köçür. Ağrı-acılar bitir, yeni həyat başlayır. O çətin zamanda hətta toy etmədən evlənən veteran üçün Şuşaya qayıdış əsl toy-bayramdır..
Tribunainfo.az xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.