Şuşa və Xankəndidə Azərbaycanın mobil şəbəkəsi fəaliyyətə başlayıb

Şuşa və Xankəndidə Azərbaycanın mobil şəbəkəsi fəaliyyətə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq Şuşa və Xankəndi şəhərlərində Azərbaycanın mobil şəbəkəsi fəaliyyət göstərir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, qoşulma “Qelebebizimdir” adını alıb.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri Dağlıq Qarabağda atəşin dayandırılması haqqında birgə bəyanat qəbul ediblər. Sənədin imzalanmasından sonra Yerevanda etirazlar başlayıb.