“Şuşa kart” istifadəyə verildibackend

“Şuşa kart” istifadəyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşada ictimai nəqliyyatda gediş-gəliş üçün istifadə edilən “Şuşa kart” istifadəyə verilib. 

Tribunainfo.az xəbər verir ki, bu barədə Şuşadan olan jurnalist Kərim Kərimli öz sosial şəbəkə hesabında məlumat yayıb.

O, artıq bu kart vasitəsilə şəhərdaxili sərnişin avtobusundan istifadə etdiyini qeyd edib: “Şuşa kart” şəhərə daimi yaşamaq üçün köçən vətəndaşlara verilib. Bu gündən etibarən Qarabağın tarixində ilk dəfə olaraq Şuşada şəhərdaxili sərnişin avtobusunda kartdan istifadə etməyə başlayırıq”.