Şuşa İH məhkəməlik oldu

Şuşa İH məhkəməlik oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa rayon İcra Hakimiyyəti məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, Şuşa İH-lə bağlı iddianı Rzazadə Aytac Ramin qızı qaldırıb. İşin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. İddiaçı sosial təminat problemi səbəbindən məhkəməyə müraciət edib.

Şuşa İH-lə bağlı iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. Növbəti ilin 15 yanvar tarixində hakim Ceyhun Quliyevin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovdur.

Tərəfləri dinləməyə hazırıq.