SÜRÜCÜLƏRLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİNDƏ OLAN SIĞORTA ŞİRKƏTLƏRİ – SİYAHI

SÜRÜCÜLƏRLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİNDƏ OLAN SIĞORTA ŞİRKƏTLƏRİ – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ölkədə kifayət qədər sığorta şirkəti fəaliyyət göstərir. Hələ indiyə qədər bir sürücünün qəzadan sonra hər hansısa sığorta şirkətinin qiymətləndirməsindən razı olduğunun şahidi olmasaq da, hər bir sürücü məcburdur ki, avtomobilini sığorta etdirsin. Zamanla sığorta sektorunda bir neçə şirkətin bağlanması bu sahədə keyfiyyətin yüksələcəyi fikrini yaratmışdı. Lakin ümidlər özünü doğrultmadı. Hər ötən gün sığorta şirkətləri ilə bağlı şikayətlər daha da artır, problem isə bitmək bilmir.

Tribunainfo.az yazır ki, bu gün fəaliyyət göstərən bütün sığorta şirkətlərinin işi operator xanımlar vasitəsilə sürücülərə zəng edərək şirkətə cəlb etməkdir. Qəzadan sonra dəymiş zərəri ödəmək, qiymətləndirmə aparmaq, sürücüləri razı salacaq miqdarda vəsait ayırmaq isə bu şirkətləri maraqlandırmır. Məhz buna görə də bu sığorta şirkətləri vətəndaşlar təərəfindən haqlı olaraq məhkəmələrə verilir. Elə sığorta şirkətləri var ki, ay ərzində hər gün məhkəmə çəkişməsi olur.

Tribunainfo.az sığorta şirkətlərinin qarşıdakı 30 gün ərzində onları gözləyən məhkəmə çəkişmələrinin siyahısını tərtib edib:

“Atəşgah” sığorta 31 məhkəmə
“Xalq Sığorta” 23 məhkəmə
“Günay” Sığorta 18 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” 6 məhkəmə
“Meqa” Sığorta 6 məhkəmə
“A-Group” 1 məhkəmə
“Atasığorta” 1 məhkəmə