Avtomobillərin dövlət qeydiyyat nişanı (nömrə) ölkə ərazisində və ya xaricdə yol hərəkətində olarkən hər bir nəqliyyat vasitəsini fərqləndirən xüsusi lövhədir.
Bildiyimiz kimi, ölkəmizdə sürücülər idarə etdikləri avtomobillərlə yanaşı, onların üzərindəki dövlət nömrə nişanlarına da xüsusi əhəmiyyət verirlər. Hətta sürücülərin bir qismi el arasında “zerkalnı” nömrə kimi bilinən güzgü effektli nömrələrə fantastik məbləğdə pul xərcləyirlər.
Minval.info internet saytlarında satışa çıxarılan bir neçə avtomobil nömrəsinin qiymətini oxuculara təqdim edir.
1)10-CT-808 3850 AZN
2)90-HH-077 2500 AZN
3)10-SR-900 5000 AZN
4)10-NH-099 5000 AZN
5)36-AA-006 7500 AZN
6)99-DZ-100 2900 AZN
7)10-OX-925 5000 AZN
8) 10-ZZ-035 3500 AZN
9) 90-SD-100 5500 AZN
10) 10-XX-006 6000 AZN
11)10-XX-666 6000 AZN
12)10-BS-088 3000 AZN
13)10 HE-007-9700 AZN
Xatırladaq ki, 2014-cü ildə “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklə prestijli avtomobil nömrələrinin qiyməti minimum 500 manat, maksimum isə 2500 manat müəyyən olunub.
Qiymət nömrə nişanındakı rəqəmlərin və hərflərin düzülüşündən asılı olaraq dəyişir.
Müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat – bu rəqəmlərlə olan nömrədə hərflər eyni olarsa, qiymət 2500 manat, müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat – hərflər eyni olduğu halda 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində seriya hərfləri müxtəlif olduğu halda dövlət rüsumu 500, eyni olarsa, 1000 manat təşkil edir.
Bu tipli nömrələr istisna olmaqla qalan bütün nömrələr üçün dövlət rüsumu 18 manatdır.
Ekspertlərin fikrincə ölkəmizdə bahalı nömrələrə həvəs göstərişdən irəli gəlir. Güzgü effektli dövlət qeydiyyat nişanı təkcə “avtoşlara” xass deyil. Ölkəmizdə bir çox sənət nümayəndələrinin, dövlət xadimlərinin avtomobillərində də bu cür bahalı nömrələrə rast gəlmək mümkündür.