Hər gün avtobuslardan minlərlə sərnişin istifadə edir və avtobusların salonunda sosial mühitdə formalaşır.
Hər gün avtobuslardan minlərlə sərnişin istifadə edir və avtobusların salonunda sosial mühitdə formalaşır.
Bu şəraitdən istifadə edərək, “Bakubus” daimi sərnişinlərin təhlükəsizliyi və davranış qaydaları ilə bağlı maarifləndirici tədbirlər həyata keçirməkdədir.
“BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev TİA.AZ-a bilidirdi ki, avtobusların monitorlarında mütəmadi olaraq, milli – mənəvi dəyərlərimiz və dövlətçilik prinsiplərinə əsaslanan təbliğat materialları əks olunmaqdadır: “Bura rəsmi dövlət bayramları, əlamətdar günlər və xüsusi əhəmiyyət kəsb edən hadisələrin təbliği daxildir ki, onların içərisində Qarabağ mövzusu xüsusi yer tutur. Aprel döyüşləri ilə bağlı “BakuBus”un bütün avtobuslarının monitorlarında xüsusi lövhələr və bayraqlar yerləşdirilib. Bu, xüsusilə gənc nəsildə vətənpərvərlik duyğularının aşılanması ilə yanaşı, həm də itkiləri və acı tərəfləri ilə yanaşı Aprel döyüşlərinin tarixi əhəmiyyətinə diqqəti çəkir. Aprel döyüşləri tarixə ordumuzun şanlı qələbəsi kimi yazılmışdır. Biz inanırıq ki, bu davamlı olacaq və gün gələcək ki, Şuşa qalasında dalğalanan üçrəngli bayraqlarımızın şəkillərini BakuBus avtobuslarının monitorlarında görək”.
Xidmət rəhbərinin sözlərinə görə, 3 gün müddətində nəzərdə tutulmuş təbliğat material ümumilikdə, 300-ə yaxın avtobusda yerləşdirilib.
İlahə