Sürücülər “Atəşgah” sığorta şirkətindən narazıdır – Şikayətbackend

Sürücülər “Atəşgah” sığorta şirkətindən narazıdır – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətim “Atəşgah” sığorta şirkətindəndir. 19 gündür qəza olub. Birinci məbləği az hesablamışdılar, etiraz etmişdim. İndi də dəymiş zərərin pulunu ala bilmirəm.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Eliko adlı şəxs yazıb. O bildirib ki, şirkətlə dəfələrlə əlaqə saxlamasına baxmayaraq, hər dəfə bir bəhanə uydururlar:

“Qəza təzə olduğu vaxt az məbləğ yazmışdılar və etiraz etmişdim. Ekspertiza təyin etdilər, ekspert qiyməti qaldırdı. İndi də dəymiş zərərin pulunu ala bilmirəm. Qaynar xəttə yığıram, eyni sözləri təkrar edirlər ki, şikayətinizi qəbul etdik. Sonra vatsapa yazırlar ki, siz niyə qaynar xəttə bu qədər zəng edirsiz. Gah deyirlər texpasportu, sürücülük vəsiqənizi gətirin, səhəri gün yazırlar ki, bu ərizəni çap edib doldurun, şəklini çəkib bizə atın. Nə deyiblər eləmişəm, üzərindən iki gün keçib. Yazdıqlarıma da, atdıqlarıma da baxmayıblar. Belə məsuliyyətsizlik olar? Hara, kimə şikayət edim, bilmirəm”.

Xatırladaq ki, “Atəşgah” sığorta şirkəti sentyabr ayında ən çox şikayət olunan və məhkəməyə verilən sığorta şirkəti olub. Bu ay şirkətlə bağlı məhkəmədə 49 prosesə var.

Qarşı tərəfi dinləməyə hazırıq.