81 yaşlı qadın ailəvi istirahətə gedərkən, səhlənkar sürücünün maşında pornoqrafik video izləməsi səbəbindən qəza baş verib.
Tribunainfo.az xəbər verir ki, yük maşını sürücüsü britaniyalı Daniel Koburn narkotik və spirtli içkinin təsiri altında qəza törədib.
“Mən bu gün burada otururam və analarının ölümü ilə üz-üzə qalmamalı olan üç kədərli uşaq görürəm. Siz heç vaxt avtomobilin sükanı arxasında olmamalısınız”, – hakim Şeridan müttəhimlərə müraciət edib.
Qeyd edək ki, faciə İngiltərənin Hertfordşir bölgəsində, A120-də baş verib.
Həmin şəxsin mikroavtobusu qarşıdan gələn zolağa çıxıb və Betan Freyzer-Endryusun avtomobili ilə toqquşub. Təqaüdçü hadisə yerində dünyasını dəyişib.
Dəniz Pənahova