Suriyanın müxalif “Halasi Vatani” hərəkatı Bəşər Əsədi devirmək üçün İsrailə əməkdaşlıq çağırışı edib.
Suriyanın müxalif “Halasi Vatani” hərəkatı Bəşər Əsədi devirmək üçün İsrailə əməkdaşlıq çağırışı edib.
TİA.AZ xəbər verir ki, bunu suiyalı müxalif vəkil Firas Hacı Yəhya deyib.
O qeyd edib ki, bu müraciət Suriya xalqının maraqlarını müdafiə etmir:
“Daha əvvəl “Halasi Vatani” qruplaşmanın adını eşidən olmayıb. Onların siyasətdə heç bir fəaliyyəti yoxdur. Sadəcə bununla onlar gündəmə gəlmək istəyirlər. Suriya xalqı Fələstini dəstəkləyir. Biz onlara xəyanət edə bilmərik”.